"Xamenei ilə görüşmək istəyirəm, ona hörmətlə yanaşacağam" - Tramp

ABŞ prezidenti Donald Trump İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini deyib.

Jun 5, 2026 - 01:57
"Xamenei ilə görüşmək istəyirəm, ona hörmətlə yanaşacağam" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, o, Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunacağı halında Müctəba Xamenei ilə görüşünü mümkün adlandırıb.

"Onunla görüşmək istərdim. Hətta yəqin ki, nə vaxtsa görüşəcəyik, bu, real sülh razılaşmasının əldə edilməsindən asılıdır. Mən həmin görüşdə Müctəba Xameneiyə hörmətlə hörmətlə yanaşaram".

Tramp Xameneinin İran daxilində qərarların qəbulunda əsas fiqurlardan biri olduğunu vurğulayıb. ABŞ prezidenti qeyd edib ki, İran rəhbəri danışıqlarda iştirak edir və onun ölkədə böyük nüfuza malik olduğunu düşünür.

Səlcuq