Ərdoğan İsrailə sərt cavab verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərara sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbərinə görə, İsraili minlərlə fələstinlinin ölümünə görə ittiham edən Ərdoğan Türkiyə haqqında səsləndirilən ittihamların heç bir əhəmiyyətinin olmadığını deyib.
"Çoxu uşaq və qadın olmaqla 73 min günahsız qəzzalının qanını tökən cinayət şəbəkəsinin ölkəmizə qarşı böhtanlarına zərrə qədər əhəmiyyət vermirik. Tariximizdə nə soyqırım, nə qırğın, nə zülm, nə də müstəmləkəçilik var. Min illik şanlı tariximiz mərhəmət və ədalətlə doludur", - Türkiyə Prezidenti bildirib.
Xatırladaq ki, İsrail Nazirlər Kabineti 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan qərarı təsdiqləyib. Qərarın tam qüvvəyə minməsi üçün onun İsrail parlamenti - Knesset tərəfindən də təsdiqlənməsi tələb olunur.
Oğuz