“Amerika bayrağını Marsda sancacaq” – Donald Tramp
“Amerika elmin qüdrətli sərhədlərini fəth edəcək, bəşəriyyəti kosmosa çıxaracaq və Amerika bayrağını Marsda və hətta onun hüdudlarından kənarda sancacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı deyib.
“Mənim həmvətənlərim, inanılmaz gələcəyə hazırlaşın! Çünki Amerikanın “qızıl dövrü” təzəcə başlayıb. O, əvvəllər gördüyünüz heç nəyə oxşamayacaq”, - deyə amerikalı president iddia edib.
Bundan əvvəl amerikalı milyarder İlon Mask bildirmişdi ki, onun şirkəti “SpaceX” 2026-cı ildə Marsa pilotsuz kosmik aparat göndərməyə başlayacaq. Hər şey plana uyğun getsə, dörd ildən sonra ilk insanlı uçuşlar başlayacaq. Bundan sonra Marsda təxminən 20 il ərzində “özünü təmin edən şəhər” salınacaq.
Mask vurğulayıb ki, Marsda ölmək istərdi.
Xatirə SADİQ