Alman hökuməti Trampın ssenarisini pozmağın yolunu axtarır – “Bild”

Almaniyada “Nord Stream 2” (Şimal axını-2) boru kəmərinin bərpasını necə poza biləcəklərini düşünürlər.

Mar 5, 2025 - 15:46
Alman hökuməti Trampın ssenarisini pozmağın yolunu axtarır – “Bild”

SAVASHMEDİA.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında Baltik dənizində zədələnmiş “Şimal axını-2” boru kəmərinin amerikalı investorlar tərəfindən alınması ilə bağlı bir neçə həftədir məxfi danışıqlar aparılır.

Almaniya hökumətindəki mənbələrə istinadən “Bild” yazır ki, ABŞ və Rusiya arasında Avropaya qaz tədarükü ilə bağlı razılaşmaya dair şayiələr uzun müddətdir dolaşır. Almaniyada hesab edirlər ki, bu, “real ssenari”dir.

Almaniya hökuməti “Şimal axını-2”nin geri qayıtmasının qarşısını almaq üçün istifadə edə biləcəyi rıçaqları araşdırır. 

XDİ-nin xarici əlaqələr üzrə eksperti Roderix Kizevetter qeyd edib ki, Rusiya qazının ABŞ-nin himayəsi altında satışı Donald Trampla Putin arasında əlaqəni gücləndirər. Lakin o, qeyd edib ki, “Şimal axını” heç vaxt dünyanın bir hissəsi ola bilməz və sülh danışıqlarına töhfə verməyəcək.

Qeyd edək ki, seçkiqabağı kampaniya dövründə Tramp Putinin adamı olması iddiasını rədd etmək məqsədilə “Şimal axını-2” boru kəmərinin onun birinci prezidentliyi dövründə partladıldığını xatırlatmışdı. O, iddia etmişdi ki, həmin hadisə onun əmri ilə olub.

Xatirə SADİQ