“Prezidentin əlini sıxmamaq nə deməkdir?” - Slovakiyanın baş naziri
Slovakiyanın baş naziri Robert Fitso bu yaxınlarda pencəyinə Ukrayna bayrağının rənglərində lent taxan məktəbli Simon Omanikin ölkə prezidenti Peter Pelleqrini ilə əl sıxmaqdan imtina etməsinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Fitso bu barədə “Facebook” sosial şəbəkəsində yazıb.
Fiko bildirib ki, ölkə prezidenti vəzifəsini tutacağı, onun təhsil naziri də analoji tədbir təşkil edəcəyi və əlaçı tələbələrdən birinin onun əlini sıxmadığı təqdirdə necə hərəkət edəcəyinə biclik işlətmədən aydınlıq gətirmək istəyir.
“Birincisi, ondan uşaq otağının olub-olmadığını, ikincisi, valideynlərinin ona nə öyrətdiklərini soruşardım. Üçüncüsü, bütün KİV-lərin gözü qarşısında mükafatını əindən alıb, aid olduğu yerə göndərərdim. Və nəhayət, təhsil nazirinə əməkdaşlığı üçün təşəkkür edərdim”, - deyə Fitso vurğulayıb.
Prezidentin əlini sıxmadı
Fitsonun fikrincə, ölkə prezidenti tələbəyə hörmət etdiyini deyərkən yanılıb: “Burada hörmət ediləcək heç nə yoxdur”.
Baş nazir “anti-Slovakiya və “hökumət əleyhinə” adlandırdığı KİV-lərin tələbənin hərəkətini alqışlamasına və tələbənin əlini “itaətsizlik nümunəsi” kimi qiymətləndirdiyinə görə qəzəbləndiyini gizlətməyib.
“Soros mediası dövləti canlı yayımda demontaj edir. Nəyəsə nail olub-olmamasından asılı olmayaraq, istənilən kimsə dövləti və onun liderlərini alçaldırsa, o, yaxşıdır. Bu, növbəti seçkilərdə də belə olacaq” – deyə Fiko hiddətlənib.
Simon Omanik Mərkəzi Avropa Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb və mükafatı təhsil naziri Tomas Drukerdən qəbul edib. Nazir pencəyinə Ukrayna bayrağının rənglərində lent asmış gənci yanında duran Slovakiya prezident Pelleqrini ilə əl sıxmağa dəvət edəndə o, bundan imtina edib. Nəticəsə prezidentin əli havada qalıb.
Sonra tələbə bunu 2024-cü ildə Pelleqrininin prezident seçkilərindəki yalan və qorxu üzərində qurulmuş seçkiqabağı kampaniyası ilə izah edib.
Xatirə SADİQ