Zelenskinin Münhendəki görüşü ertələndi
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 14-nə planlaşdırılan görüş təxirə salınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətindən ukraynalı jurnalistlərə bildirilib.
Mənbənin sözlərinə görə, görüşün ertələnməsinə səbəb Ukraynanın Amerika tərəfinin nəzərdən keçirməli olduğu tərəfdaşlıq haqqında memorandum layihəsinə yenidən işləməyə qaytarması olub.
Məlumata görə, söhbət danışıqların ləğvindən deyil, daha gec vaxta ertələnməsindən gedir.
Mənbələrin məlumatına görə, Kiyevin sənədi yekunlaşdıraraq Amerika tərəfinə baxılmaq üçün təqdim etməsi barədə Ukrayna prezidenti və ABŞ prezidenti Donald Tramp fevralın 12-də razılığa gəliblər. Ukrayna bu tapşırığı yerinə yetirib, ABŞ isə sənəd üzərində işləmək üçün saat 17:00-a qədər əlavə vaxt istəyib.
Ukrayna mediası ehtimal edir ki, görüşün cədvəlini dəyişdirmək qərarı son anda verilib, çünki bəzi ukraynalı jurnalistlər hətta görüş yerinə buraxılıb.
Xatirə SADİQ