“Ukraynanın uzunmüddətli müstəqilliyində maraqlıyıq” – ABŞ dövlət katibi
“ABŞ prezidenti Donald Tramp təkcə atəşkəs istəmir, Ukraynada müharibəyə tam son qoymağa çalışır”.
SAVASHMEDİA.az Dövlət Departamentinə istinadən xəbəbr verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
K.Trevis və B.Sekston şousuna müsahibəsində Rubio bildirib ki, ölkənin 47-ci prezidenti müharibənin bitməsini istəyir.
“O, sadəcə bir pauza axtarmır. O, bitməsini istəyir və bu, çətin olacaq. Bu, mərhələlərlə baş verməlidir”, - deyə dövlət katibi əlavə edib. O, nəzərə çatdırıb ki, bu sözləri Tramp Rusiya başçısı Vladimir Putinə deyib.
Bunun necə baş verə biləcəyinə gəlincə, Rubio müharibənin dayandırılmasının atəşkəslə başlaya biləcəyini güman etdiyini söyləyib.
“Bu barədə hələ razılığa gəlinməyib, hətta danışıqlar aparılmayıb. Amma mən sadəcə bu barədə danışıram – sonra yardım dəhlizləri kimi məsələləri açmaq və hər iki tərəfin enerji infrastrukturunu hədəf almamasını təmin etmək. Bunun necə işləyəcəyini görəcəyik”, - deyə dövlət katibi vurğulayıb.
O, Trampın dünyada belə şeyi bir araya gətirə bilən yeganə şəxs olduğuna inandığı da söyləyib: “Lakin bu, qlobal səylər olmalıdır. Bu, təkcə biz aid deyil, təkcə Avropada və ya NATO-dan asılı deyil. Mən nəzərdə tuturam ki, bütün dünya ölkələri bunda iştirak etməlidir”.
O, həmçinin qeyd edib ki, məhz Avropa Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti verməlidir.
“Bunu addım atmağa və bunu etməyə hazır olmalı olan avroplılar etməlidir. Lakin müzakirə ediləcək çox həssas məsələlər var: ərazi iddiaları, silahlara nəzarət və bu kimi şeylər, dil və mədəniyyət məsələləri, bunların hamısı işlənməlidir”, - deyə Rubio bildirib.
Dövlət katibi onu da qeyd edib ki, ABŞ Ukraynanın uzunmüddətli müstəqilliyində maraqlı olacaq.
Xatirə SADİQ