ABŞ və Rusiya diplomatlarının əvvəlki sayını bərpa edir
ABŞ və Rusiya ikitərəfli təmasları davam etdirmək üçün Moskva və Vaşinqtondakı səfirliklərindəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəlib.
SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ər-Riyaddakı danışıqlardan sonra deyib.
“Bizə bu təmasları davam etdirmək üçün normal fəaliyyət göstərə biləcək diplomatik nümayəndəliyin aktiv işi tələb olunacaq”, deyə “Associated Press” agentliyi Rubiodan sitat gətirib.
Xatirə SADİQ