"Desəm mənə maraqlı deyil, yalan danışmış olaram" - Dambrauskas

“Qarabağ” - “Neftçi” oyununun mənə maraqlı olmadığını desəm, yalan danışmış olaram. Amma mənim əlimdən gələn bir şey yoxdur. Ona görə də bu oyunu neytral azarkeş kimi izləyəcəyəm".

Oct 17, 2026 - 18:34
"Desəm mənə maraqlı deyil, yalan danışmış olaram" - Dambrauskas

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

İndiyə qədər yalnız “Qəbələ” ilə qarşılaşmaya kökləndiklərini deyən mütəxəssis artıq Bakıya qayıdaraq UEFA Çempionlar Liqasındakı “Borussiya Dortmund” matçına hazırlaşacaqlarını vurğulayıb.

"Xəyal Əliyevin uzun müddətdən sonra sıralarımıza qayıtmasına görə çox xoşbəxtəm. Düzdür, 7-8 dəqiqə oynadı, amma meydana daxil oldu. Çempionlar Liqasında oynayıb-oynamaması həmin vaxtkı vəziyyətindən asılı olacaq. Düşünürəm ki, ona vaxt lazım olacaq. Deyə bilərəm ki, hazırda Xəyal Əliyev Azərbaycanın ən yaxşı futbolçularından biridir", - o qeyd edib.

Qeyd edək ki, “Sabah” hazırda 19 xalla turnir cədvəlinin lideridir