“Qarabağ” - “Neftçi” oyununa görə 19 nəfər SAXLANILDI - DİN-dən AÇIQLAMA

Misli Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Neftçi” oyunu ərəfəsində və oyundan sonra hər iki komandanın azarkeşləri arasında insident yaranıb. 

Oct 18, 2026 - 00:42
“Qarabağ” - “Neftçi” oyununa görə 19 nəfər SAXLANILDI - DİN-dən AÇIQLAMA

SAVASHMEDİA.az APA-ya istinadən xəbər verir ki, insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.