Baş nazir vəzifəsində 27 gün tab gətirdi - Fransada

Fransanın baş naziri Sebastyen Lekornü hökumətin formalaşdırılmasından sonra istefaya gedib. 

Oct 6, 2025 - 12:51
Baş nazir vəzifəsində 27 gün tab gətirdi - Fransada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Nəşr qeyd edib ki, baş nazir hökumətin tərkibini elan etdikdən bir gün sonra istefa ərizəsini Fransa prezidenti Emmanuel Makrona təqdim edib. 

Sentyabrın 9-dan hökumətə rəhbərlik etməyə başlayan Lekornü öz kürsüsündə cəmi 27 gün qalıb. 

Qeyd edək ki, bu gün Nazirlər Şurasının ilk iclası keçirilməli idi.

Xatirə SADİQ