"Yerli kimi xəbərdarlıq edirəm, özünü qoru..." - İmamoğlu məhkəmədən Ərdoğana SƏSLƏNDİ 

Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Ekrem İmamoğlu məhkəmədəki çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək onu xəbərdar edib.

Oct 17, 2026 - 23:13
"Yerli kimi xəbərdarlıq edirəm, özünü qoru..." - İmamoğlu məhkəmədən Ərdoğana SƏSLƏNDİ 

SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlu məhkəmə prosesini tənqid edib və Ərdoğana baş verənlərdən özünü qorumağı tövsiyə edib.

O bildirib ki, Türkiyəni idarə edən şəxs gün ərzində bütün hadisələrdən xəbərdar olmaya bilər. İmamoğlu bu səbəbdən prezidentin də baş verənlərə diqqət yetirməli olduğunu vurğulayıb.

“Buradan sizə xəbərdarlıq edirəm. Cənab Prezident, bu qurulmuş tələdən özünü də qoru. Bir həmyerli kimi səni xəbərdar edirəm”, – İmamoğlu Ərdoğana səslənib.

Xatırladaq ki, həm Ekrem İmamoğlu, həm də prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dəniz bölgəsindəndir. İmamoğlu Trabzonun Akçaabat rayonunda doğulub, Ərdoğan isə əslən Rizelidir. 

Qeyd edək ki, Ekrem İmamoğlu 2025-ci il martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya və digər qanun pozuntuları iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Martın 23-də onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Oğuz