"İran təkliflərini ChatGPT-yə yazdırmışdı, Kuşner cırıb atdı" - Vensdən AÇIQLAMA
“İranın ABŞ-yə təqdim etdiyi 10 bəndlik təklifin 3 variantı olub”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
O bildirib ki, təklifin ilkin variantı süni intellektlə yazılıb:
“Təklifin ilk variantı maksimalist idi. Böyük ehtimalla “ChatGPT” vasitəsilə hazırlanmışdı. Sənəd Stiv Uitkoff və Cared Kuşnerə təqdim edilən kimi zibil qutusuna atılıb və rədd edilib”.
Cared Kuşner
Vens sənədin ikinci variantını daha məqbul adlandırıb, sosial şəbəkədə yayılmış üçüncü variantın isə birincidən də betər olduğunu bildirib:
“İkinci variant daha ağlabatan idi. ABŞ Prezidenti Donald Tramp ötən gün “Truth Social” sosial şəbəkəsində yazdığı ststuslarda məhz ikinci varianta istinad etmişdi. Təkliflərin üçüncü variantından isə sosial şəbəkələrdəki paylaşımlar vasitəsilə xəbərdar olmuşam. Üçüncü variant birincidən də maksimalist idi”.
Banu
Stiv Uitkoff