Zelenski “Putindən salam var” dedi

“Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunun üstündəki örtüyə daxil olan Rusiya dronu radarlara görünməyən hündürlükdə uçub”. 

Feb 14, 2025 - 15:16
Zelenski “Putindən salam var” dedi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizliyi Konfransı çərçivəsində jurnalistlərə bildirib. 

“Dron 85 metr yüksəklikdə uçurdu. Radarların bu yüksəkliyi görmədiyini başa düşmək mühümdür. Bu, onların bunu qəsdən etdiklərini söyləmək imkanı verir. Bu, dronun birtəhər istiqamətini dəyişməsi və ya buna bənzər bir şey deyil. Zərbə məhz sarkofaqa yönəldilmişdi və məhz Münhen Təhlükəsizlik Konfransının başlandığı gün vurulmuşdu. Bu, Putindən və Rusiya Federasiyasından aydın “salam”dır”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, bu addım Rusiya liderinin müharibənin bitməsini istəmədiyinin növbəti sübutudur.

Xatirə SADİQ