Ermənistanda it kimi yeriyən uşaqlar varmı? -  Lavrov bu naqolay sualı niyə verdiyini izah etdi

Rusiya XİN rəhbəri o sualı niyə verdiyinə aydınlıq gətirib.

Oct 9, 2024 - 00:47
Oct 9, 2024 - 01:04
Ermənistanda it kimi yeriyən uşaqlar varmı? -  Lavrov bu naqolay sualı niyə verdiyini izah etdi

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey  Lavrov erməni həmkarı Ararat Mirzoyan və Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyanla söhbəti zamanı anidən Ermənistanda da kvadroberlərin (özünü it, pişik, tülkü və digər heyvanlara bənzədənlər-red) olub-olmaması barədə sual verib.

Mirzoyan kvadrober hərəkatı haqqında məlumatlı olduğunu təsdiqləyərək onu yenilik adlandırıb. Öz növbəsində Qurgen Arsenyan bildirib ki, Avropada kvadroberlər artıq özlərini “cins” kimi qələmə verirlər.

Sergey Lavrov  jurnalist Pavel Zarubinə verdiyi açıqlamada niyə bununla maraqlandığının səbəbindən danışıb.

“Danışıqların başlanmasını gözləyirdik, söhbət üçün vaxtımız var idi. Bundan əvvəl isə nəsə belə bir videoya baxmışdım. Açığı, məsələ o qədər də başadüşülən deyildi. Ona görə də soruşdum ki, Ermənistanda belələri, it kimi yeriyən uşaqlar varmı? Məlum oldu ki, var”, - Lavrov bildirib.

Səlcuq