Banklar rusların 500 milyonluq aktivini dondurdu – Niderlandda

Niderlandın maliyyə qurumları Rusiyanın təxminən 560 milyon avroluq aktivlərini dondurub.

Oct 9, 2024 - 00:19
Banklar rusların 500 milyonluq aktivini dondurdu – Niderlandda

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə xarici işlər naziri Kaspar Veldkamın parlamentə göndərdiyi sənədlərə istinadən “Telegraaf” nəşri yazıb. 

Məlum olub ki, yanvarda Niderland parlamenti dondurulmuş Rusiya aktivlərinin ümumi məbləğinin 660 milyon avro olacağını açıqlasa da, iyulun 1-dək vəsaitin 97,2 milyonu bloklanıb.

Sənəddə göstərilib ki, bu məbləğin əhəmiyyətli hissəsi olan 430 milyon avro iki Rusiya şirkətinə məxsusdur. Hər iki şirkətin sahibi eyni adamdır. Sahibin şirkətlər üzərində heç bir təsirinin olmamasını və dolayı yollarla pulun sanksiyalara məruz qalmış şəxsin əlinə keçməməsini təmin etmək üçün mexanizmlər hazırlandığından aktivlər dondurulmuşdur.

Hazırda Niderlandın İqtisadiyyat Nazirliyi bu mexanizmlərin sahibinin kənarlaşdırılmasının Avropa İttifaqı qaydalarına uyğun olub-olmadığını yoxlayır.

Xatirə SADİQ