Maaşlar artıbsa, bilet də baha olmalıdır - ADY-dən qiymət artımına REAKSİYA

Mayın 26-dan etibarən yenidən fəaliyyətə başlayacaq Bakı–Tbilisi–Bakı qatarları üzrə bilet qiymətləri ciddi narazılıq yaradıb. 

May 20, 2026 - 18:59
Maaşlar artıbsa, bilet də baha olmalıdır - ADY-dən qiymət artımına REAKSİYA

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən istifadəçilər açıqlanan tariflərin reallığa uyğun gəlmədiyini, xüsusilə də qonşu ölkəyə qısa məsafəli səfərlər üçün həddindən artıq baha olduğunu qeyd edirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov isə bahalaşmanı son illərin qiymət artımı ilə izah etməyə çalışıb. Onun sözlərinə görə, pandemiyadan sonra bütün dünyada nəqliyyat sektorunda ciddi qiymət artımı baş verib və bu proses dəmir yolu daşımalarından da yan keçməyib.  

ADY rəsmisi xatırladıb ki, son illər dizel yanacağının qiyməti təxminən 83 faiz artaraq 0,60 manatdan 1,10 manata çatıb. Elektrik enerjisi tarifləri də yüksəlib, minimum əməkhaqqı isə 180 manatdan 400 manata qədər artırılıb:

"Minimum aylıq əməkhaqqı 2019-cu ildən etibarən 180 manatdan 400 manata çatıb. Ezamiyyə xərclərində də 45 faizə qədər artım müşahidə olunub. Bundan əlavə, əvvəllər bu marşrutda daha sadə və köhnə vaqonlardan istifadə olunurdu. Hazırda isə sərnişinlərə “Stadler” markalı müasir yataq tipli vaqonlar təqdim edilir".

Hazırda Bakı–Tbilisi marşrutu üzrə bir istiqamət üçün biletin ən aşağı qiyməti 81 manat məbləğində müəyyənləşdirilib. Digər stansiyalar üzrə qiymətlər isə belədir: Yevlax–Tbilisi 67 manat, Gəncə–Tbilisi 62 manat, Ağstafa–Tbilisi 57 manat, Böyük Kəsik–Qardabani xətti üzrə isə 51 manat.

Oğuz