Gürcüstana gedənlər biletdən əlavə 12 manat da ödəyəcək - NİYƏ?

2026-cı ilin 1 yanvarından etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortası məcburi olub.

May 20, 2026 - 20:32
Gürcüstana gedənlər biletdən əlavə 12 manat da ödəyəcək - NİYƏ?

SAVASHMEDİA.az xəbər verir ki, sığorta qiymətləri səfər müddətinə görə dəyişir.

Məsələn, Gürcüstana 1 həftəlik səfər üçün sığorta haqqı təxminən 12 manatdır. Müddət artdıqca qiymət də yüksəlir. 

Sığorta səfər zamanı baş verən bədbəxt hadisələr və qəfil xəstəlikləri əhatə edir. Buraya travmalar, sınıqlar, yanıq, günvurma, soyuqdəymə, stomatoloji yardım, COVİD və digər tibbi xərclər daxildir. Həmçinin əməliyyat, həkim müayinəsi və dərman xərcləri də təminata daxildir.

Bundan başqa, yük baqajının itirilməsi halları da sığorta ilə qarşılanır. Ancaq xroniki xəstəliklər və səfərdən əvvəl mövcud olan sağlamlıq problemləri təminata daxil edilmir.

Oğuz