Sərnişin əvəzinə karqo daşınır? - Naxçıvan aeroportunda niyə sıxlıq yaranıb?
Naxçıvan hava limanında Bakı reysləri ilə bağlı yaranan sıxlıq yenidən narazılığa səbəb olub.
SAVASHMEDİA.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, bəzi təyyarələrdə sərnişinlərin əvəzinə karqo yükləri daşınır ki, bu da bilet çatışmazlığına və qiymətlərin süni şəkildə bahalaşmasına yol açır.
Odur ki, Bakıya qayıtmaq istəyən sərnişinlər günlərlə hava limanında gözləməli olur. Sərnişinlər bildirirlər ki, xüsusilə uşaqlı ailələr çətin vəziyyətdə qalıb, bəziləri ac-susuz növbə gözləyir.
Mənbə idia edir ki, aviaşirkət sərnişin daşınmasından daha çox qazanc əldə etdikləri üçün karqo yüklərinə üstünlük verir. Bu isə onsuz da məhdud olan uçuş imkanlarını daha da çətinləşdirir.
Səlcuq