Putin bu ölkənin sakinlərinə Rusiya vətəndaşlığı verəcək - SƏRƏNCAM
Rusiya Prezidenti Vladimir Putin Moldova tərkibindəki qondarma Dnestryanı bölgədə yaşayanlara sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı verilməsi barədə sərəncam imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, qərara əsasən, Dnestryanı sakinləri rus dili imtahanı və digər tələblər olmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər.
Lakin güc strukturlarında xidmət edənlər və həbsdə olanlar bu imkandan yararlana bilməyəcək.
Moskva bu addımın səbəbini açıqlamayıb, amma rus tərəfi regionda yaşayan təxminən 220 min rusdilli əhalinin maraqlarının təhlükə altında olduğunu iddia edir.
Dnestryanı beynəlxalq səviyyədə tanınmayan, de-yure Moldovanın tərkib hissəsi sayılan bölgədir. Moldova Avropa İttifaqına namizəd ölkədir və onun üzvlüyü prosesində Dnestryanı problemi əsas maneələrdən biri kimi qiymətləndirilir.
Səlcuq