Bu gün şəhid olan türk pilot avqustda da qəzaya düşübmüş - DETALLAR + FOTO
Xəbər verdiyimiz kimi, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus “AT802” model yanğınsöndürmə təyyarəsi texniki qulluq məqsədilə uçduğu Xorvatiyada qəzaya uğrayıb.
Qəzanın qatı duman səbəbindən baş verdiyi bildirilib. Hadisə nəticəsində pilot həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, qəzada həyatını itirən pilot barədə yeni məlumat yayılıb.
Məlumata görə, pilot Hasan Bahar bu il bir dəfə də qəzaya düşübmüş.
Pilot H. Bahar
Hadisə avqustun 29-da baş verib. Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus helikopter Muğlanın Yatağan rayonunda eniş zamanı qəzaya uğrayıb. Pilot H. Bahar tərs çevrilən helikopterdən yaralı xilas olub.
Xatırladaq ki noyabrın 11-də Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus “C130” hərbi yük təyyarəsi də Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub.
Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin qurumun ekspert qrupunun apardığı ətraflı araşdırmadan sonra açıqlanacağını bildirib.
Banu
Avqust ayında düşdüyü qəza