“Hətta qol da vura bilərdik, amma..." - Ayxan Abbasov
“Xal qazanacağınıza inanırdıq. Təəssüf ki, məğlub olduq. Rəqibin bu oyuna motivasiyasını bilirdik. Ukrayna yığması ilə müqayisə etsək daha yaxşı komandadılar”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Bakıda İslandiya yığmasına 0:2 hesabı ilə məğlub olduqları DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis ikinci hissədə daha yaxşı çıxış etdiklərini söyləyib:
“Hətta qol da vura bilərdik. Sona qədər mübarizə apardıq. Sonuncu oyunumuz Fransaya qarşıdır, həmin matça hazırlaşacağıq. Baş hakimin bizə qarşı olduğu açıq-aşkar görsənirdi. Rüstəm Əhmədzadəyə sarı vərəqə verdi, təəssüf ki, növbəti oyunda olmayacaq. Penalti epizodu isə məncə təmiz penalti idi. Müdafiəçilərimizin ilk hissədə daha soyuqqanlı olmaları çatışmırdı. Çox sadə qollar buraxdıq. Bu gün Rüfət Abbasov və Xəyal Əliyev kimi futbolçuları qazandıq. Ümid edirəm ki, gələcəkdə yığmaya töhvələri dəyəcək”.
Aytən İbrahimova