Ehtiram Quliyev gedər ayaqda düşmənlərini belə yandıracaq - Elə bir gün seçib ki... + DETALLAR

“Turan Tovuz” klubunun prezidenti, iş adamı Ehtiram Quliyevin istefa verəcəyi barədə xəbərlər yayılıb.

Sep 22, 2026 - 13:11
Ehtiram Quliyev gedər ayaqda düşmənlərini belə yandıracaq - Elə bir gün seçib ki... + DETALLAR

SAVASHMEDİA.az klub tərəfindən nə təsdiq, nə də təkzib olunan iddia ilə bağlı maraqlı təfərrüatlar əldə edib.

Məlumata görə, Ehtiram Quliyev hələ bir müddət əvvəl, konkret olaraq "Turan Tovuz"un Konfrans Liqasına buraxılmadığı zaman postundan ayrılmaq istədiyini dilə gətuirib. Amma o zaman Ehtiram Quliyevi fikrindən daşındırmaq mümkün olub.  

Lakin yeni futbol mövsümündə "Turan Tovuz"a qarşı təzyiqlərin davam etməsi Ehtiram Quliyevin "getmək lazımdır" fikrini möhkəmləndirib. Ard-arda qərəzli hakim qərarları nəticəsində vacib xalları əlindən alınan "Turan Tovuz"un bu gedişlə sıradan çıxarılacağını düşünən Ehtiram Quliyev özü getmək qərarına gəlib. 

Mənbənin sözlərinə görə Ehtiram Quliyev yaxın ətrafına "bəlkə mən getdikdən sonra "Turan Tovuz"a təzyiqlər dayanar? Təkcə bunu yoxlamaq üçün getməyə dəyər" sözlərini deyib. 

Onun postunu klubun İdarə Heyətinin sədrinin birinci müavini Həsən Zeynalova təhvil verəcəyi gözlənilir.

İstefa qərarının isə oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” - “Fənərbaxça” yoldaşlıq görüşündən sonra açıqlanacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Ehtiram Quliyev "Fənərbaxça" ilə oyundan sonra geniştərkibli mətbuat konfransı keçirərək indiyə qədər baş verənlər, istefasını zəruri edən səbəblər və "Turan Tovuz"a qarşı kimlərin hansı oyunlar oynadığını açıqlayacaq.

Başqa sözlə, Ehtiram Quliyev gedər ayaqda təkcə "Turan Tovuz" azarkeşlərini üzməyəcək, klubun düşmənlərinə də unuda bilməyəcəkləri bir gecə yaşadacaq. 

Oğuz