Ərdoğanın müşavirindən “Kürdüstanın komandası” sözlərinə ETİRAZ - "Həddini bil!"
Mardin bələdiyyəsinin vəzifəsindən azad edilmiş sədri Ahmet Türkün bu il futbol üzrə Super Liqaya yüksələn “Amedspor”la bağlı paylaşımı sərt etirazlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, siyasətçi sosial media hesabında “Amedspor”u təbrik edərək “çox xoşbəxtəm, Kürdüstanın bir komandası Super Liqaya yüksəldi, uğurlar arzulayıram” yazıb.
Fotoda: Ahmet Türk
A.Türkün paylaşımına öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral etiraz edib:
“Bu torpaqlarda Kürdüstan adlı dövlət yoxdur, heç vaxt da olmayacaq. Danışarkən həddini, sərhədini və yerini bil!”
Fotoda: Ahmet Saral
Daha sonra Büyük Birlik Partiyasının sədri Mustafa Destici A.Türkə sərt sözlər deyib:
“Nə Kürdüstan? Bura Türkiyə Respublikasıdır! Bəyənmirsənsə, rədd olub gedə bilərsən!”
Fotoda: Mustafa Destici
Xatırladaq ki, Ahmet Türk kürd əsilli siyasətçidir. O, 11 dekabr 2009-cu ildə bağlanmış Demokratik Toplum Partiyasının (DTP) son sədri olub. Müxtəlif illərdə 3 dəfə Mardin şəhərinin bələdiyyə sədri seçilib. Lakin heç bir vəzifə müddətini sonacan başa vura bilməyib, vəzifədən qovulub və yerinə qəyyum təyin olunub. Buna səbəb terror təşkilatının üzvü olması və terror təşkilatının təbliğatını aparması ilə bağlı haqqında açılan cinayət işləridir.
Banu