Nəriman Axundzadənin ABŞ-dəki maaşı bilindi - MƏBLƏĞ

ABŞ-də çıxış edən futbol üzrə Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin “Kolambus Kryu” klubundakı qazancı bəlli olub.

May 13, 2026 - 13:26
Nəriman Axundzadənin ABŞ-dəki maaşı bilindi - MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, məlumatı MLS Oyunçular Assosiasiyasının rəsmi saytı yayıb.

Bildirilib ki, 22 yaşlı hücumçu ABŞ klubunda ildə 550 min dollar əməkhaqqı alır. Vergilər və bonuslarla birlikdə isə bu məbləğ 633 min 389 dollara çatır.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevralında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. Azərbaycanlı futbolçu MLS təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə bağlayıb.

Oğuz