UEFA Mourinyoya görə “Fənərbağça”ya cəza kəsəcək - FANTASTİK MƏBLƏĞ
UEFA maliyyə limitlərini aşdığı üçün “Fənərbağça”ya sanksiya tətbiq etməyə hazırlaşır.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbul klubuna veriləcək cəzanın iyunun ilk həftəsində rəsmən açıqlanacağı gözlənilir.
Məlumata görə, klubun maliyyə hesabatında keçmiş baş məşqçi Joze Mourinyonun illik 10 milyon avrodan çox maaşı və futbolçu Kərəm Aktürkoğlunun yüksək qazancı əsas problem kimi göstərilib. Bu xərclər UEFA-nın Maliyyə Dayanıqlığı qaydalarında nəzərdə tutulan limiti aşıb.
Bildirilir ki, UEFA “Fənərbağça”ya təxminən 10 milyon avro məbləğində cərimə kəsə bilər.
Qeyd edək ki, maliyyə qaydalarının pozulması hallarında klublara transfer qadağası və digər sanksiyalar da tətbiq oluna bilər.
Səlcuq