FİFA finaldakı davanın cəzasını kəsdi - Argentina millisinə ŞOK QADAĞALAR
FİFA-nın İntizam Komitəsi 2026-cı il Dnya Çmpionatında baş verənlərlə görə Argentina Futbol Assosiasiyasını və millinin bir neçə futbolçusunu cəzalandırıb.
SAVASHMEDIA.az xəbər verir ki, Argentina Futbol Assosiasiyası ümumilikdə 321 min dollar məbləğində cərimələnib.
Argentina millisi növbəti iki ev oyununu stadion tutumunun yalnız 50 faizi qədər azarkeş qarşısında keçirməli olacaq. Cərimənin səbəbləri arasında siyasi banner, diskriminasiya xarakterli davranışlar və digər qayda pozuntuları yer alıb.
Finalda İspaniya ilə qarşılaşmadan sonra baş verən insidentə görə isə Leandro Paredes 10 oyunluq diskvalifikasiya və 90 min dollar cərimə alıb. Nahuel Molina 7 oyun, Thiago Almada və İspaniya millisinin futbolçusu Gavi isə 1 oyunluq cəzalandırılıb.
Xatırladaq ki, iyulun 19-da keçirilən finalda İspaniya Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Görüşdən sonra futbolçular arasında qarşıdurma yaşanmışdı.
Oğuz