"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Misli Premyer Liqasında 5-ci tur davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.
Turun mərkəzi matçında isə "Qarabağ" "Zirə"nin qonağı olacaq.
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov
VAR: Rəvan Həmzəzadə
AVAR: Tərlan Talıbzadə
Zirə İdman Kompleksinin stadionu
11 sentyabr (cümə)
“İmişli” - “Neftçi” - 2:3
12 sentyabr (şənbə)
"Sumqayıt” - “Şamaxı” - 1:1
“Kəpəz” - “Qəbələ” - 1:0
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” - “Sabah”
Bombardirlər:
Breno Almeyda (“Neftçi”) - 6 qol
Coy-Lens Mikels (“Sabah”) - 4 qol
Dioqo Almeyda (“İmişli”) - 2 qol
Alen Şkribek (“Neftçi”) - 2 qol
Renaldo Sefas (“Qarabağ”) - 2 qol
Eren Aydın (“Zirə”) - 2 qol