"Ferentsvaroş" "Qarabağ"la oyuna saatlar qalmış elə bir şey etdi ki... - FOTO
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"a qarşı matçdan əvvəl "Ferentsvaroş" maraqlı addım atıb.
SAVASHMEDİA.az xəbər verir ki, klubun rəsmi səhifəsi "Qarabağ"a qarşı start heyəti azarkeşlərin müəyyənləşdirməsini istəyib. Paylaşımda qeyd olunub:
"Meydana hansı "11-liy"i buraxardınız? Şərhdə yazın".
Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.