İndi də qulağını dişlədiyi bosksçu döyüşə çağırır - "Tayson, yarımçıq məsələmiz var"
62 yaşlı ulduz boksçu Evander Holyfield 58 yaşlı Mayk Taysonu rinqə çağırıb.
SAVASHMEDİA.az milli.az-a istinadla xəbər verir ki, Mayk Tayson Evander Holyfield-in döyüşə çağırışını rədd edib.
Holifild sosial şəbəkə hesabında özü və Taysonun posterini paylaşaraq: "Pərəstişkarlar bunu istəyir. Yarımçıq qalan məsələ" şərhini yazıb.
Tayson isə əvəzində "Mən səni sevirəm qardaş, amma trilogiya bizim dostluğumuzdur" deyə cavab verib.
Qeyd edək ki, əfsanəvi boksçular kayeraları ərzində iki dəfə üz-üzə gəliblər. Hər iki görüş Evander Holyfieldin qələbəsi ilə nəticələnib. Hətta ikinci döyüşdə Tayson rəqibinin qulağını dişləyib. Buna görə o, 1 il yarışlardan uzaq qalıb.