"Bu yaşda qol vura bilirəmsə..." - Ronaldo 

Portuqaliya millisinin kapitanı və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo gələcək planları ilə bağlı açıqlama verib.

Apr 14, 2026 - 12:23
"Bu yaşda qol vura bilirəmsə..." - Ronaldo 

41 yaşlı futbolçu 2030-cu il dünya çempionatında çıxış edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bu ehtimalı hələ də gündəmdə saxladığını bildirib. 

Ronaldo hazırkı fiziki durumundan razı olduğunu vurğulayaraq, karyerasını uzatmaq niyyətində olduğunu gizlətməyib.

“2030-cu il mundialında oynamaq variantını hələ də nəzərdən keçirirəm. Bu yaşda belə hər həftə qol vururam. Düşünürəm ki, daha bir neçə il yüksək səviyyədə oynamaq mümkündür”, - o qeyd edib.

Xatırladaq ki, Portuqaliya millisi ilə çıxış edən təcrübəli hücumçu qarşıdakı 2026-cı il dünya çempionatında da komandasına liderlik edəcək.

Aytən 
SAVASHMEDİA.az