Çin tankeri Hörmüz boğazında GƏRGİNLİK yaratdı

ABŞ-nin sanksiya siyahısında olan Çinə məxsus “Rich Starry” tankeri dənizdə artan gərginlik fonunda diqqət mərkəzinə düşüb.

Apr 14, 2026 - 12:15
Çin tankeri Hörmüz boğazında GƏRGİNLİK yaratdı

Belə ki, CNN telekanalı MarineTraffic xidmətinin məlumatlarına istinadən xəbər verir ki, sözügedən tanker blokada mühitinə baxmayaraq Hörmüz boğazından keçid edib.

Məlumata görə, gəmi metanol daşıyır və marşrut üzrə son təyinat nöqtəsi kimi Çin limanları göstərilib.

Ekspertlər bildirirlər ki, bu cür keçidlər regionda onsuz da həssas olan təhlükəsizlik balansını daha da poza bilər. Xüsusilə də dəniz nəqliyyatına tətbiq edilən məhdudiyyətlərin sərtləşdiyi bir vaxtda belə hadisələr gərginliyin artmasına səbəb olub.

Hazırda tankerin hərəkət trayektoriyası və rəsmi ABŞ-nin məsələyə mümkün reaksiyası beynəlxalq analitiklər tərəfindən diqqətlə izlənilir.

Aytən
SAVASHMEDİA.az