Mansur Yavaşa qarşı istintaq başladıldı - Seçki mitinqi qalmaqalı

Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) rəhbəri Mansur Yavaş ilə bağlı yeni istintaq prosesi başladılıb.

Apr 14, 2026 - 11:35
Mansur Yavaşa qarşı istintaq başladıldı - Seçki mitinqi qalmaqalı

Araşdırmaya səbəb kimi, onun 2023-cü ildə Karabük şəhərində keçirilən seçki mitinqi zamanı bələdiyyəyə məxsus resurslardan, xüsusilə nəqliyyat vasitələrindən istifadə etdiyi iddiaları göstərilir. İddialara görə, bu imkanlardan seçki kampaniyası çərçivəsində qanunsuz şəkildə yararlanılıb.

Məsələ ilə bağlı ABB rəsmi açıqlama yayıb. Bəyanatda qeyd olunur ki, təqdim edilən sənədlərdə Yavaşın nəqliyyat vasitələrinin istifadəsinə dair birbaşa göstəriş verdiyini təsdiqləyən heç bir sübut mövcud deyil.

Qurumdan bildirilib ki, buna baxmayaraq, konkret faktlara deyil, ehtimallara əsaslanaraq məsuliyyət müəyyənləşdirməyə yönəlmiş cəhdlər müşahidə olunur.

İstintaqın gedişi və nəticələrinin yaxın günlərdə daha geniş müzakirələrə səbəb olacağı gözlənilir.

Oğuz 
SAVASHMEDİA.az