Cəbhədəki rus əsgərinin ortalama ömrü cəmi 20 dəqiqədir - Putinin ordusu ilə bağlı ŞOK İDDİA
Ukrayna cəbhəsinin ən təhlükəli istiqamətlərinə göndərilən rus hərbçilərinin döyüş bölgəsində sağ qalmaq müddəti cəmi 20-35 dəqiqə təşkil edir.
SAVASHMEDIA.az xəbər verir ki, bu iddia tarixçi Peter Frankopanın "Foreign Policy" nəşrində dərc olunan yazısında Rusiya hərbi bloqerlərinə istinadən yer alıb.
Məlumata görə, son aylarda döyüşlərin xarakteri kəskin dəyişib. Xüsusilə FPV pilotsuz uçuş aparatlarının geniş tətbiqi ön xətdə hərəkət edən canlı qüvvə üçün təhlükəni xeyli artırıb. İddia olunur ki, bəzi istiqamətlərdə döyüş mövqelərinə çatan əsgərlər orta hesabla cəmi 20-35 dəqiqə sağ qala bilirlər.
Rusiyalı hərbi bloqerlər daha bir diqqətçəkən rəqəm də açıqlayıblar. Onların sözlərinə görə, yeni müqavilə imzalayan hərbçinin təlim mərkəzinə qəbul olunduğu gündən döyüşdə həlak olmasına qədər keçən ümumi müddət bəzən cəmi 10 gün - 3 həftə arasında dəyişir. Bildirilir ki, qısa hazırlıq kursundan sonra əsgərlər birbaşa ən ağır döyüş bölgələrinə göndərilir.
Məlumatlarda Ukraynanın PUA-larının Rusiya ordusuna vurduğu itkilərdə əsas rol oynadığı qeyd olunur. Müasir döyüş meydanında FPV dronları həm hücum qruplarını, həm də arxa təminat xətlərini hədəfə almaq imkanına malikdir. Buna görə də ənənəvi hücum taktikası əvvəlki illərlə müqayisədə daha böyük itkilərlə nəticələnir.
Səlcuq