"Soros və onun radikal solçu oğlu..." - Tramp əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp amerikalı maliyyəçi və milyarder Corc Soros və oğlunu Birləşmiş Ştatlarda zorakı hərəkətləri dəstəklədiklərinə görə mühakimə etməyə çağırıb.

Aug 27, 2025 - 18:16
"Soros və onun radikal solçu oğlu..." - Tramp əsəbiləşdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Corc Soros və onun radikal solçu oğlu Birləşmiş Ştatlarda zorakı etirazlara dəstək verdikləri üçün Riko Qanunu ilə ittiham edilməlidir”, - Tramp bildirib.

Ağ Ev rəhbəri vurğulayıb ki, artıq dəlilərə Amerikanı parçalamaq, nəfəs almaq və azad olmaq şansı vermək mümkün deyil: “Soros və onun psixopat qrupu ölkəmizə çox böyük ziyan vurub”.

ABŞ lideri milyarderin dostlarını da diqqətli olmağa çağırıb: “Çünki ABŞ hökuməti sizi izləyir”.

Xatırladaq ki, Riko Qanunu cinayət onlardan biri tərəfindən törədildikdə, cinayətkar qrupun bütün üzvləri üçün cinayət məsuliyyətini nəzərdə tutur.