Bakıda jurnalist şagirdlər tərəfindən BELƏ DÖYÜLDÜ - Həmin VİDEO

Bakıda 225 nömrəli məktəbdə şagirdin ö*ümü ilə bağlı hadisəni işıqlandırmağa gedən REAL TV-nin çəkiliş qrupu hücuma məruz qalıb.

Oct 28, 2026 - 22:27
Oct 28, 2026 - 23:27
Bakıda jurnalist şagirdlər tərəfindən BELƏ DÖYÜLDÜ - Həmin VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, telekanalın əməkdaşları VII sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı məlumat toplamaq üçün məktəbə yollanıblar.

REAL TV əməkdaşlarının yaydığı məlumata görə, məktəbin həyətində çəkiliş qrupuna bir qrup şəxs hücum edib. Hadisənin məktəbin qarovulçusunun təkidindən sonra baş verdiyi güman edilir.

Hücum nəticəsində telekanalın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Çəkiliş qrupu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verib. Nazirliyin yaydığı məlumatda hadisənin nəzarətə götürüldüyü və mətbuat nümayəndələrinə qarşı qanunazidd hərəkətlərə yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görüldüyü bildirilib.

Aytən

Həmin görüntüləri təqdim edirik: