Çempionlar Liqasına düşən "Kayrat"dan "Qarabağ"a dəstək - "İndi sən" + VİDEO
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “Kayrat” (Qazaxıstan) Tik-Tok platformasında “Qarabağ”a dəstək olub.
SAVASHMEDİA.az xəbər verir ki, video Azərbaycan dlində “İndi sən” sözləri ilə paylaşılıb.
Xatırladaq ki, "Kayrat" pley-off mərhələsində Şotlandiyanın "Seltik" komandasını mübarizədən kənarlaşdırıb.
Bu gün isə "Qarabağ" evdə Macarıstanın "Ferensvaroş" klubunu qəbul edəcək. Ağdam təmsilçisi ilk matçda 3:1 hesablı qələbə qazanıb.
Aytən İbrahimova