Futbolçuların paltardəyişmə otağına dinləyici qurğu qoyuldu

“Mançester Yunayted” klubunun paltardəyişmə otağına dinləyici qurğu qoyulub.

Oct 12, 2024 - 14:39
Futbolçuların paltardəyişmə otağına dinləyici qurğu qoyuldu

Bu barədə “Sun” qəzeti yazıb.

Bildirilib ki, Villa Parkda soyunub-geyinmə otağına daxil olan naməlum şəxs səsyazma cihazını gizlədib.

Həmin şəxsin klubun baş məşqçisi Erik ten Haqın komanda ilə danışıqlarını dinləmək istəyən “Mançester Yunayted” azarkeşi olması iddia edilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7 turundan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

qafqazinfo