Kaş Perezə "yox" deməyəydim - Mourinyo peşmandır
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo öz peşmançılıq hissindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, "Corriere dello Sport" nəşrinə açıqlamasında deyib:
"Flonrentino Peresə ("Real"ın prezidenti - red.) "yox" deməyim ən çox peşman olduğum şeylərdəndir. O, mənə deyirdi: "Klubu tərk etmə, işin çətin hissəsini artıq bitirmisən, qarşıda yaxşı hissə olacaq, "Real"da qal". Mən isə İspaniyada 3 çətin ildən sonra "Çelsi"yə qayıtmaq istədim".
Qeyd edək ki, Joze Mourinyo "Real"ı 2010-2013-cü illərdə çalışdırıb.