Dünyadan tamamilə təcrid olunmuş qəbilə ilk dəfə lentə alındı - FOTO + VİDEO
Amazon meşələrində yaşayan və müasir dünya ilə heç vaxt təmasda olmamış Massako qəbiləsinin ilk görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Braziliyanın Yerli Xalqlar Milli Fondu tərəfindən çəkilmiş görüntülərdə qəbilə əhalisinin təxminən 300 nəfərdən ibarət olduğu məlum olub.
Qəbilə uzun daxmaları, heyvan kəllələrindən düzəldilmiş totemləri, xarici dünyaya qarşı aqressiyaları ilə diqqət çəkir.
Braziliyanın Amazon meşələrində yaşayan və müasir dünya ilə heç vaxt təmasda olmamış qəbilələrdən biri olan Massakolar yad insanları ərazilərindən uzaqlaşdırmaq üçün tələlər qurur və sirli ayinlərlər yerinə yetirirlər.
Braziliyanın Yerli Xalqlar Milli Fondu (Funai) tərəfindən yerləşdirilən gizli kameralar qəbilənin gündəlik həyatını lentə alıb. Funai rəsmisi Altair Algayer bunları deyib: "Biz son ekspedisiyalarımız zamanı yeni daxmalar gördük. Bölgədəki araşdırmalarımız 1992-ci ildən bəri davam edir. Hazırda onların sayının 300-ə yaxınlaşdığını təxmin edirik".
Braziliyanın qərbindəki Rondônia bölgəsində 1 milyon hektarlıq ərazidə yaşayan qəbilə əsasən ovçuluqla məşğuldur. Tədqiqatçılar hələ də qəbilənin bu qədər uzun yaylardan necə istifadə etdiyini başa düşə bilməyiblər.
Qəbilə ərazilərinə yaxınlaşan hər kəsi uzaqlaşdırmaq üçün meşədə iti taxta payalardan ibarət tələlər qurur.
Massako qəbiləsinin yağışlı mövsümün əvvəlində çəmənlikləri yandırdığı və yeni bitkilər cücərdiyi zaman həmin ərazidə məskunlaşdığı müəyyən edilib.
Braziliyada mövcud olduğu bilinən 28 təcrid olunmuş qəbilədən biri olan Massakonun qorunması Amazon meşələrinin gələcəyi üçün də böyük əhəmiyyət kəsb edir.
Yağmur