Türkiyədə hərbi helikopter qəzaya düşdü - 5 hərbçi həlak oldu
Türkiyədə təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Eskişehir şəhərində qeydə alınıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Hərbi Hava Qüvvələrinə məxsus, təlim tapşırığı üçün Eskişehirdən havaya qalxan AS-532 tipli helikopter qəzaya uğrayıb.
Helikopterdə olan 5 hərbçi həyatını itirib.
Banu