Ağ Evdə UFC döyüşü keçiriləcək - Donald Tramp

ABŞ prezidenti Donald Tramp qarışıq döyüş növləri üzrə ən nüfuzlu idman təşkilatı olan “Ultimate Fighting Championship” (UFC) döyüşünün Ağ Ev ərazisində keçiriləcəyini bildirib.

Sep 22, 2025 - 12:29
Ağ Evdə UFC döyüşü keçiriləcək - Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə clashreport X sosial şəbəkəsində məlumat yayıb.

“Biz UFC döyüşünü birbaşa Ağ Evdə keçirəcəyik”, - deyə ABŞ prezidenti jurnalistlərin diqqətinə çatdırıb.

Trampın sözlərinə görə, tədbirdə 6 min insan iştirak edəcək. 

“The Hollywood Reporter” xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp yayda Ayova ştatında keçirilən tədbirdə Ağ Evin ərazisində qarışıq döyüş növləri üzrə turnir keçirməyi planlaşdırdığını açıqlamışdı. 

“Bütün milli parklarımız, döyüş meydanlarımız və tarixi yerlərimiz Amerikanın 250 illik yubileyini qeyd etmək üçün xüsusi tədbirlərə ev sahibliyi edəcək. Və hətta düşünürəm ki, biz UFC döyüşü keçirəcəyik. Qüdrətli Dana Uaytın UFC-ni izləyən varmı? Biz UFC döyüşü keçirəcəyik – təsəvvür edin – Ağ Evin ərazisində”, - deyə Tramp vurğulamışdı.

Dana Uayt ABŞ prezidentinin çoxdankı tərəfdarıdır və Tramp dəfələrlə UFC tədbirlərində iştirak edib.

Xatirə SADİQ