Britaniya Aİ ilə münasibətləri yenidən qurur - “Reuters”
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya müdafiə və təhlükəsizlik məsələləri üzrə ilkin razılığa gəlib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, saziş balıqçılıq kimi digər sahələri də əhatə edir.
“Reuters” bundan öncə bildirmişdi ki, Britaniya ticarət və müdafiə sahələrində daha sıx əməkdaşlığa can ataraq, “Brexit”dən sonra Aİ ilə münasibətlərin ən əhəmiyyətli şəkildə yenidən qurulmasına razılıq verməyə hazırdır.
Bu məsələnin mərkəzində Britaniya müdafiə şirkətlərinə 150 milyard avroluq yenidən silahlanma proqramında iştirak etmək imkanı verən müdafiə və təhlükəsizlik paktı dayanır.
Böyük Britaniyanın baş naziri Kir Starmer, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta bu gün Londonda bir araya gələcəklər.
Xatirə SADIQ