Trampla Putin arasında söhbət saat 17:00-da olacaq – Peskov təsdiqlədi

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti bu gün Moskva vaxtilə saat 17:00-da baş tutacaq. 

May 19, 2025 - 14:12
Trampla Putin arasında söhbət saat 17:00-da olacaq – Peskov təsdiqlədi

SAVASHMEDİA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. 

Onun sözlərinə görə, telefon söhbətində İstanbuldakı danışıqların nəticələri nəzərə alınacaq.

“İstanbulda baş tutmuş danışıqlar baxımından söhbət vacibdir. Biz [Kremldə] danışıqlar haqqında, əsas mövqe məqamlarının nədən ibarət olması barədə hər şeyi demişik. Gözləyək, söhbətin nəticələrinə əsasən mümkün olan maksimal mesajı verəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb. 

Xatirə SADIQ