Vens Zelenski ilə görüşündən yazdı

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Romada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən bəhs edib. 

May 19, 2025 - 13:51
Vens Zelenski ilə görüşündən yazdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı vitse-prezident “X” platformasında yazıb. 
 
“Bizim ölkələrimiz Ukraynada lüzumsuz qan tökülməsinə son qoymaq istəyini bölüşür. Biz atəşkəs və davamlı sülhün bərqərar olması üçün davam edən danışıqlar barədə son xəbərləri müzakirə etdik”, - deyə Vens vurğulayıb.

Qeyd edək ki, Zelenski ilə Vens bu ilin fevralında Ağ Evin Oval kabinetində baş vermis mübahisədən sonra Vatikan yeni papanın andişmə mərasimində ilk dəfə bir araya gəliblər.

Xatirə SADIQ