Makronla Meloni arasında münaqişə qızışdı - Araya Merts girdi 

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Ciorcia Meloni arasında Ukraynaya görə münaqişə yaranıb. 

May 19, 2025 - 13:44
Makronla Meloni arasında münaqişə qızışdı - Araya Merts girdi 

SAVASHMEDİA.az bu barədə “The Financial Times” nəşrinə istinadən xəbər verir. 

Ciorcia Meloni jurnalistlərə danışıb ki, cümə günü Ukrayna və Rusiya arasında İstanbul danışıqlarını müzakirə edən və ABŞ prezidenti Donald Trampa zəng təşəbbüsü ilə çıxış edən Avropa liderləri qrupuna daxil deyil. Onun sözlərinə görə, bu, İtaliyanın “istəklilər koalisiyası”nın tərkibində Ukraynaya sülhməramlılar göndərməkdən imtina etdiyi üçün baş verib. 

Fransa prezidenti Emmanuel Makron isə cümə günü Tiran və Kiyevdə sülhməramlıların müzakirə olunmadığını deməklə, faktiki olaraq Melonini yalan danışmaqda ittiham edib.

“Söhbət atəşkəsdən gedir. Gəlin, yalan məlumat yaymaqdan çəkinək. Artıq Rusiyadan gəlməklə o kifayət qədərdir”, - deyə Makron vurğulayıb.

Almaniya kansleri Fridrix Merts bazar günü Papa XIV Leonun andiçmə mərasimindən əvvəl Meloni ilə görüşüb. Ukrayna ilə bağlı istənilən Avropa sülh təşəbbüslərində İtaliya “müəyyən rol oynamalıdır” mövzusunda iki liderin razılaşıdıqlarını söyləyən kansler gərginliyi azaltmağa çalışıb.

“Yaxın günlərdə mən Avropa İttifaqında (Aİ) İtaliyanı bu münaqişənin həlli istiqamətində bütün səylərimizə cəlb etmək üçün danışıqlar aparacağam”, - deyə Merts əlavə edib.

“The Financial Times” xatırladıb ki, Fransa və İtaliya liderləri arasında qarşılıqlı ədavət Meloni 2022-ci ilin sonunda hakimiyyətə gəldikdən sonra qızışıb. Makronun onu 2023-cü ilin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi şam yeməyinə dəvət etməmək qərarı isə münasibətləri daha da gərginləşdirib. 

Xatirə SADIQ