"Qonaq otağında sürüşüb yıxıldım" - Litva prezidenti
Litva Prezidenti Gitanas Nauseda yıxılaraq xəsarət aldığını etiraf edib.
SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı bu barədə hadisənin necə baş verdiyi haqqında danışarkən bildirib.
“Mən düz yerdə, qonaq otağında sürüşüb yıxıldım. Başım bərk mebelə toxunub əzildi. Əlimlə zərbənin gücünü azaltmağa çalışdım, amma iti bir əşyaya ilişdim, buna görə də əlimin yumşaq toxumaları kəsildi. Sinir ciddi şəkildə zədələnsə də, qopmamışdı”, - Nauseda jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Litva Prezidentinin əlindəki kəsilmiş yara səbəbilə əməliyyat olunduğu barədə xəbər yayılmışdı. Onun əməliyyatdan sonrakı gecəni xəstəxanada keçirdiyi bildirilirdi.
Oğuz