Putin bu prezidentin adını düzgün deyə bilmir - Maraqlı VİDEO
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adını yenə səhv tələffüz etməsi ilə gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bu gün keçirilən görüş zamanı qazaxıstanlı həmkarına “Sargan Kemeloviç” deyə müraciət edib.
Sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntülər istifadəçilər arasında müzakirələrə səbəb olub.
Maraqlıdır ki, bu, ilk belə hal deyil. Rusiya lideri əvvəlki çıxış və görüşlərində də Tokayevin adını müxtəlif formalarda səhv səsləndirib. Belə ki, o, Qazaxıstan prezidentini “Kemel Jemetoviç”, “Ksan Jemil Kemeloviç”, “Kemeljan Şemileviş”, “Kasımjan Kemeleviş” və “Kemil Jomatoviç” kimi təqdim edib.
Putinin ardıcıl şəkildə Tokayevin adını qarışdırması sosial mediada zarafat mövzusuna çevrilib. Bəzi istifadəçilər bunu yaş amili ilə əlaqələndirsə də, digərləri məsələni diplomatik görüşlərdə diqqətsizlik nümunəsi kimi qiymətləndirirlər.
Oğuz