Rusiyaya məxsus PUA Rumıniyada binaya belə çırpıldı - ANBAAN VİDEO
Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib.
Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib.
Qeyd olunub ki, fövqəladə vəziyyətlə əlaqədar olaraq binadan təxminən 70 sakin təcili şəkildə təxliyə edilib və ərazi nəzarətə götürülüb.