Cimmi Kimmelin şousu efirdən çıxarıldı – ABŞ-də

Amerikanın ABC telekanalı Cimmi Kimmelin gecə şousunu qeyri-müəyyən müddətə efirdən çıxarıb.

Sep 18, 2025 - 12:23
Cimmi Kimmelin şousu efirdən çıxarıldı – ABŞ-də

SAVASHMEDİA.az Deadline portalına istinadən xəbər verir ki, buna səbəb  Kemmelin podcaster Çarli Kirkin qətli haqda şərhi olub. 

Əvvəllər şousu zamanı dəfələrlə Trampı ələ salan Kimmel bildirib ki, ABŞ prezidentinin komandası Kirkin ölümündən siyasi xal qazanmağa çalışır.

O, həmçinin bir video fraqment göstərib. Həmin fraqmentdə Trampdan fəalın qətlinə necə dözəcəyi soruşulub. ABŞ prezidenti isə Ağ Evdə bal zalının tikintisindən danışmağa başlayıb.

Federal rabitə komissiyasının sədri Brendan Karr şoumenin sözlərini tənqid edərək, onları “mümkün ola biləcək ən iyrənc hərəkətlərdən biri” adlandırıb. Brendan Karr  komissiyanın tədbir görəcəyinə eyham vurub. Bundan sonra ABC nümayəndələri bildiriblər ki, Kimmelin şousu qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatirə SADİQ